Sumqayıt Perinatal Mərkəzində 38 yaşlı qadın əməliyyat zamanı ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, iyulun 4-də 1985-ci il təvəllüdlü Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
***
Lent.az-ın yaydığı məlumata görə, G.Fəttayeva yaşadığı evdə dərmanla hamiləliyini pozmağa çalışıb və bu zaman qanaxma baş verib. Bundan sonra o, ağır vəziyyətdə Perinatal Mərkəzə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.