Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan növbəti 23 ailə öz evinin açarlarını təhvil alıb.
AZƏRTAC xəbər verir ki, növbəti köç karvanı ilə daha 23 ailə Laçına çatıb. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara öz evlərinin açarları təqdim olunub. Bununla da, Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra Azərbaycan Prezidentinin göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.