Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yenidoğulmuş körpəsini zibilliyə atan anaya cinayət işi açıldı

Yenidoğulmuş körpəsini zibilliyə atan anaya cinayət işi açıldı

İyulun 17-də Sabunçu rayonunda yenidoğulmuş körpəsini zibil qutusuna atan qadına cinayət işi açılıb.

DİN-in Mətbuat xidməti xəbər verir ki, körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılıb. Körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb, onun izahahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib.

 

Toplanmış materialda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.