Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“MedAura Klinik”də sünnət zamanı cinsi orqanı zədələnən uşağın atası hər şeyi danışdı

“MedAura Klinik”də sünnət zamanı cinsi orqanı zədələnən uşağın atası hər şeyi danışdı

Həkim Fuad Nəzərov 8 yaşlı Mirməhəmməd Seyidlini sünnət əməliyyatı edərkən cinsiyyət oqanını zədələyib.

O, uşağı başqa həkimlərə yönləndirsə də, problemi həll etmək mümkün olmayıb.

Bu barədə Sonxeber.az-a danışan ata Çingiz Seyidli bildirib ki, Fuad həkim dərini artıq kəsib və kanalını yandırıb. Mirməhəmməd hər dəfə sidiyə gedəndə əziyyət çəkib. Fuad həkim öz səhvini düzəltmək üçün onu başqa həkimlərə yönləndirib. Rafael Soltanov həkim olaraq əlindən gələni edib. Sidiyə getmə zamanı qanaxmanın qarşısı alınsa da, Fuad həkimin səhvini düzətmək mümkün olmayıb. Fuad Nəzərov uşağın cinsiyyət orqanını yandırdığına görə Rafael həkimin uşağın dodağından kəsib cinsi orqana tikdiyi dəri tam tutmayıb:

"Keçən il sentyabrın 20-də övladım Mirməhəmmədi sünnət etdirmək üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına apardım. Orada Fuad Nəzərov adlı cərrah var idi. O dedi ki, 2 saylı Şəhər Klinik Xəstəxanasında antisanitar şərait olduğuna görə uşağı özəl MedAura klinikasında əməliyyat edək. Dövlət xəstəxanasında əməliyyat 200-250 manat olsa da, antisanitar vəziyyət var, özəldə bir az baha olsa da, təmizdir. MedAura klinikasında 750 manat ödəniş etdim. Uşağa narkoz verdilər, əməliyyata saldılar. 2 saata yaxın əməliyyatda qaldı. Səhərisi evə gəldik. Həkim kremlər yazmışdı ki, bunları çəksəz, yara keçəcək. 3 gün sonra gördüm ki, uşaq qan içindədir. Sidiyə gedəndə uşaqdan qan gəlirdi. Fuad həkimə bu barədə məlumat verdim. O qeyd etdi ki, narahat olmayım keçib gedəcək. Sarğı qoyduğu yerə baxanda gördüm ki, uşağın cinsi orqanını düzgün kəsməyib, tamamilə zədələyib. Dərini artıq kəsib və kanalını yandırıb. Uşaq sidiyə normal şəkildə yox, aşağıdan gedir. Dəfələrlə Fuad həkimin yanında oldum. Bildirdi ki, narahat olma həll yolunu tapacam. Məni Leyla Şıxlinskaya adına Klinikada Gündüz Ağayev adlı həkimə yönləndirdi. Gündüz həkim uşağı müayinə etdi və dedi ki , toxumaların bərkiməsi üçün 8 ay gözləmək lazımdır. 8 ay sonra yenə Gündüz Ağayevin yanına getdim. Uşağa baxıb dedi ki, mən bunu əməliyyat edə bilmərəm. Bildirdim ki, axı mənə demişdiz 8 ay sonra əməliyyat edəcəm. Gündüz həkim dedi ki, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanda Rafael Soltanov adlı həkim var. Səni tapşıracam ki, o əməliyyat etsin. Ora getdim, uşaqdan analiz götürdülər və dedilər ki, aparatlar işləmir. Yenə qayıtdım Fuad və Gündüz həkimin yanına. Fuad həkimlə mübahisə etdim. Onlar yenə Rafaeı həkimlə əlaqə saxladılar. Rafael həkim məni məcburən qəbul etdi. İyulun 14-ü əməliyyata götürdülər. Uşaq 4 saat 40 dəqiqə əməliyyatda qaldı. Alt dodağından ət götürüb cinsiyyət orqanına tikdilər. 5 gün xəstəxanada qaldı. 6-cı gün dedilər ki, Qurban bayramı ilə əlaqədar həkim burada olmayacaq, uşağı çıxara bilərsən. Mirməhəmmədə silikon kateter qoyulmuşdu. Uşaq yenə sidiyə gedəndə qan gəlirdi. Yenə Rafael həkimə məlumat verdim. Həkim müayinəyə çağırdı. Güvən klinikasına apardım və Rafael həkim dedi ki, düzələcək, hələ təzə əməliyyat olub. Evə gələndən bir gün sonra kateter yerə düşdü. Gördüm uşaq yenə qan içindədir. Həqiqətən də kateter düşəndən sonra qanaxma dayandı. Amma gördüm ki, tikişlər yenə də tutmayıb. Rafael həkim əvvəlcədən bildirmişdi ki, usağın cinsi orqanı yandırıldığına görə qoyduğu dərinin bir tərəfi tuta bilər, digər tərəfi tutmaya bilər. Uşaq yenə həmin vəziyyətdədir. Dəri tutmayıb və zədəli vəziyyətdədir. Sidiyə gedəndə isə yayılır. Rafael həkim bildirdi kiç 3 ay gözləməyə məcburdur . Çünki Mirməhəmmədə yenə narkoz verə bilməz.
Mənim şikayətim Fuad Nəzərovdandır. Çünki ilk əməliyyatı o edib. Rafael soltanov bir həkim olaraq əlindən gələni etdi".

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Fuad Nəzərovla əlaqə saxladıq. O bildirdi ki, atanın iddiaları əsassızdır. Uşaqda psixoloji və uroloji problemlər olub. Hazırkı problem sünnət əməliyyatı ilə əlaqəli deyil.