Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ehsan adı ilə dələduzluq edən bu şəxs imiş…

Ehsan adı ilə dələduzluq edən bu şəxs imiş…

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

 

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, əməliyyat tədbirləri nəticəsində onun 30 yaşlı Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkar edilib.

Şəxsin əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.