“Tik Tok”da "Baboş" ləqəbi ilə tanınan Babək Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə B.Cabbarov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.