Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda qəzalar və digər xoşagəlməz halların baş verməməsi üçün Baş DYP İdarəsi sürücülərin nəzərinə çatdırır ki, istifadə etdikləri nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirsinlər.
Eyni zamanda nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət sürətini hava şəraitinə uyğun seçməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlər və kəskin tormazlama etməkdən çəkinməli, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalıdırlar.
Bütün hərəkət iştirakçılarını özlərinin və digər şəxslərin həyat və sağlamlığına təhlükə yaranmaması üçün son dərəcə diqqətli olmağa, qaydalara riayət etməyə çağırırıq.