Sumqayıtda azyaşlı nəvəsini baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib.
O bildirib ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq hərəkətləri davam etdirilir.