Bu ilin birinci yarısında ölkədə 30 165 ölüm halı qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,5-dən 6,0-a düşüb.