Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Volt”la bağlı daha bir rəsmi açıqlama

“Volt”la bağlı daha bir rəsmi açıqlama

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı daha bir məlumat yayıb.

 

Yayılan məlumata görə, burada qərar qida məhsullarının çatdırılması (daşınması) zamanı aşkarlanmış nöqsanlarla əlaqədar konkret istiqamətləri əhatə edir.

Agentlik bildirib ki, məhdudiyyət yoxlama zamanı konkret olaraq aşkar olunmuş qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmaması, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydalarının pozulması, nəqliyyat vasitələrində dezinfeksiya işlərinin  aparılmaması, tələblərə cavab verməyən termo çantalarla həyata keçirilməsi, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçməməsi kimi istiqamətlərini əhatə edir.

Vurğulanıb ki, ümumiyyətlə, qida zəncirinin bütün mərhələlərində qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Havaların anormal keçməsi bu məsələni daha da aktuallaşdırır. Belə ki xüsusilə isti yay aylarında qida məhsullarının daşınması, saxlanması ilə bağlı hər hansı bir qanunvericiliyin tələblərinin pozulması insan sağlamlığına ciddi fəsadlar yarada bilər. Agentlik  bu istiqamətdə fəaliyyətini davam etdirəcək və nəzarət tədbirlərini daha da genişləndirəcəkdir.