Dünyanı öz cənginə götürən COVID-19 əleyhinə peyvəndlər istehsal olunmağa start verilib. Yeni peyvəndlər özləri ilə bərabər yeni mübahisə predmeti də yaradıblar. İddialara görə, koronavirus peyvəndlərində donuz jelatini var. Bu da İslam və Yəhudi icması üçün mübahisəli bir mövzuya çevrilib.
Mütəxəssislərin fikrincə, radikal sağçılar bu peyvəndlərdən uzaq olacaqlar.
SHOWNEWS.AZ techland.az-a istinadən bildirir ki, donuz jelatini tibb və peyvənd sənayesi üçün vacib bir tərkib hissəsidir. Uzun illərdir istifadə edilən bu maddə, peyvəndlərin saxlanması və logistika şərtlərini yaxşılaşdırmaq üçün stabilizator rolunu oynayır. Bununla birlikdə, donuz jelatininin istifadəsi bir çox hallarda mübahisəyə səbəb olur və tənqid olunur.
Pfizer, Moderna və AstraZeneca kimi koronavirus peyvəndləri hazırlayan bəzi şirkətlər, peyvəndlərin tərkibində donuz jelatini olmadığını bildirsələr də, lakin bu açıqlama hələ ki rəsmi olaraq təsdiqlənməyib.
Məsələn, Pfizer və BioNTech tərəfindən istehsal olunan koronavirus peyvəndindəki "Halal" qalaqramı hələ ki mövcud deyil. Bu da həm müsəlmanlar, həm də yəhudilər üçün peyvəndin vurulub vurulmayacağına dair narahatlıqlara səbəb olur.