Çinin smartfon istehsalçısı Oppo yanvar ayında İstanbul və Kocaelidəki yeni müəssisədə istehsala başlayacaq.
SHOWNEWS.AZ techland.az-a istinadən bildirir ki, istehsala təxminən 50 milyon dollarlıq sərmayə ilə başlanacaq. Obyekt üçün Oppo-dan investisiya sənədi alındığı və lazımi prosedurlarının tamamlandığı qeyd edilib.
Mütəxəssislər 2020-ci ilin üçüncü rübündə son 6 ildə əldə etdiyi ən yüksək paya sahib olan Samsung Electronics və dünyada 300 milyondan çox istifadəçiyə çatan Oppo-nun Türkiyə istehsalını smartfon bazarına böyük töhvə kimi qiymətləndirirlər.