Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Tiktok"da yayılan əsgər videoları ilə bağlı - AÇIQLAMA

"Tiktok"da yayılan əsgər videoları ilə bağlı - AÇIQLAMA

"Son günlər "Tiktok" sosial şəbəkəsində yayımlanan videolar yenə də düşmən mediası üçün istinad mənbəyinə çevrilib. Bəzi istifadəçilər ordumuzun hərəkəti və əsgərlərimizin təlimlərə aparılması ilə bağlı görüntüləri paylaşır və əsassız başlıqlarla bu görüntüləri yayırlar".

Bu sözləri Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli deyib.

O bildirib ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən yarış və məşqlər davam edir. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzləri və poliqonlara hərəkət edir:

"Ancaq çox təəssüflər olsun ki, nə qədər deyilsə də, bəzi adamlar sanki məlumatları təhrif edərək yaymaqdan həzz alırlar. Reytinq, like xatirinə video paylaşanlar unudurlar ki, hərbi texnikanın və şəxsi heyətin hərəkətini əks etdirən kadrları lentə alıb yaymaqla əsgərlərimizin həyatını risk altında qoyurlar. Ermənilər də bu görüntülərdən istifadə edərək ölkəmiz əleyhinə təbliğat aparırlar".

Hacıbəy Heydərli vurğulayıb ki, bəzi istifadəçilər 2020-ci ildə çəkilən görüntüləri yeni çəkilmiş kimi təqdim edir: 
 

"Daha bir təəssüfləndirici məqam isə odur ki, bəzi istifadəçilər bir neçə il öncə çəkilən videları yeni kimi təqdim edir. Hətta 2020-ci ildə TV kanallarımızın hazırladığı reportajları, xəbərləri bu günlərdə olubmuş kimi təqdim edir. Təbii ki, bunu edənlər ölkəmizi sevməyən qüvvələrdir və əsas məqsəd ölkə daxilində çaşqınlıq yaratmaqdır. Bir daha bütün sosial şəbəkə istifadəçilərinə müraciət edirik ki, yalnız rəsmi mənbələrə, rəsmi xəbərlərə inansınlar. Bu kimi dezinformasiyalar, "feyk nyus"lar gördükdə şikayət etsinlər". 

Qeyd edək ki, Mətbuat Şurası da bu hallarla bağlı rəsmi sosial media hesablarında maarifləndirici post paylaşıb: