Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda fantastik repetitorluq qiymətləri - 180, 300 AZN...

Bakıda fantastik repetitorluq qiymətləri - 180, 300 AZN...

BAKU.WS saytı olaraq kiçik bir araşdırma aparıraq ölkə üzrə repetitorluq qiymətlərinin necə dəyişməsini araşdırdıq.

Rayonlarda hazırda 1 fənn üçün repetitor qiymətləri 40 manatdan, Bakıətrafı rayon və qəsəbələrdə isə bu qiymət 50-60 manatdan başlayır. Şəhər mərkəzinə gəldikdə isə qiymətlər daha bahadır. Repetitorun tədris etdiyi fənnin qiyməti 90-100 manatdan başlayır. Bu qiymət 300 manata qədər yüksəlir.

50 manatdan hesabladıqda bir şagird ali məktəbə qəbul olunmaq üçün 5 fəndən hazırlığa gedərsə, ay ərzində 250 manat xərc çəkməli olur. Abituriyentlərin əksəriyyətinin 9-cu sinifdən repetitor hazırlıqlarına getdiklərini nəzərə alsaq, bir şagirdin ali məktəbə qəbul oması valideynə 6-7 min manata başa gəlir.

Lakin məsələ bununla da bitmir. Repetitor qiymətləri qruplar üzrə də dəyişir. Məsələn 1 və 2-ci qrup üzrə Riyaziyyat fənninin tədris qiyməti 3-cü qrupla müqayisədə daha yüksəkdir. Eyni amil Fizika və Kimya fənlərinə də şamil olunur.

Bakıətrafı rayon, qəsəbələrdə bu qiymət 30-40 azn təşkil edir. Lakin mərkəzə tərəf gəldikdə, bu qiymət 50-120 manat arası dəyişir.

 

<p style="font-size: 16px; box-sizing: border-box; outline: currentcolor; margin-top: 0px; margin-bottom: 1rem; caret-color: rgb(33, 37, 41); color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" -webkit-tap-highlight-color:="" rgba(0,="" 0,="" 0);="" -webkit-text-size-adjust:="" 100%;"=""> P.S. Son olaraq onu qeyd edək ki, məbləğin yüksək olması hələ yüksək səviyyəli təhsilin mövcudluğu anlamına gəlmir. Biz dəfələrlə fərdi müəllim yanına getməyərək yüksək balla ali məktəbə qəbul olunan şagirdlərlə bağlı faktları görmüşük. Demək ətək-ətək pul verərək uşaqlarına bahalı müəllimlər tutmaq çıxış yolu deyil.