Bu gün səhər saatlarında Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yenidoğulmuş tapılıb.
Yeni doğulmuş qız polis tərəfindən xəstəxanaya təhvil verilib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza belə cavab verilib:
"Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən tapılan 7 günlük körpə (qız) sentyabrın12-si saat 06:15 radələrində TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Yerləşdirilərkən temperaturu 35 dərəcə, vəziyyəti orta ağır olub və körpədə fizioloji sarılıq qeydə alınıb. Körpəyə zəruri tibbi xidmətlər göstərilib, tibb müəssisəsinin Pediatriya şöbəsinə köçürülüb. Çəkisi 1 950 kq olan körpənin hazırda vəziyyəti kafidir".