Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Asim Camalzadə və Ramil Şirinov dəfn olundu

Asim Camalzadə və Ramil Şirinov dəfn olundu

Sentyabrın 19-na keçən gecə Xocavənd ərazisində erməni diversiya qrupunun törətdiyi mina partlayışında həlak olan polis əməkdaşlarının ikisi - 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu və 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlunun cənazəsi bu gün ailələrinin yaşadığı Sumqayıt şəhərinə gətirilib.
 

Onlar Sumqayıt Şəhidlər xiyabanında dəfn ediliblər.

Qeyd edək ki, ötən gün DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan Camalzadə Asim Knyaz oğlu, Şirinov Ramil Arif oğlu, Mahmudov Seymur Elsevər oğlu və Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.