"Niyə Xankəndiyə daxil olmuruq sualına çox rast gəlirəm. Hazırda ərazilərimizdən erməni silahlıları tam çıxarılmayıb, onlara məxsus silahlar, zirehli vasitələr və artilleriya qurğuları bizə tam təhvil verilməyib. Bu prosesdən əvvəl əraziyə daxil olmaq əsassız itkilərə səbəb ola bilər".
Bunu hərbi ekspert Ədalət Verdiyev öz sosial şəbəkə hesabında bildirib.
"Rusiya kontingenti Ağdam, Kəlbəcər və Laçında olduğu kimi erməni silahlılarıni ərazidən çıxaracaq, həm də silahları və texnikaları yığıb bizə təhvil verəcək. Bundan sonra əraziyə girmək daha təhlükəsiz olacaq. Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik və ruslar ilə əlaqədəyik. Bu günə qədər şeytan yuvası olan Xankəndi üzərində Bayrağımızı hər an dalğalandira bilərik, amma bunu itkisiz etməliyik və mütləq yaxın zamanda edəcəyik. Kimsənin şübhəsi olmasın. Rahat olun"-deyə o qeyd edib.