Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin həcmi 7 milyard 908,2 manat təşkil edib.
Mərkəzi Bankdan verilən məlumata görə, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,5 faiz çoxdur.
Əlavə edək ki, noyabr ayının 1-nə ölkədə əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 870,3 milyon manat təşkil edib.
İlin əvvəli ilə müqayisədə isə əmanətlərin həcmi 8,4 faiz azalıb. İlin əvvəlində isə əmanətlərin həcmi 8 milyard 637,9 milyon manat təşkil edib.