Sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan Süleyman Mehdiyevin qızı dünyaya gəlib.
Körpəyə Oksana adı verilib.
Şəhid övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək.
Qeyd edək ki, Mehdiyev Süleyman Mansur oğlu 1982-ci ildə Ağdaş rayonunun Qarağan Şıxlar kəndində anadan olub. O, sentyabrın 21-də doğulduğu kənddə dəfn olunub.
Şəhidin yeni doğulmuş qızından əlavə, 6 yaşında oğlu da yadigar qalıb.