Yeni tip koronavirusa (Covid-19) qarşı hazırlanmış peyvəndlər dünyada 1.76 milyon insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün vacibdir.
SHOWNEWS.AZ xəbər verir ki, yüzdə 90-95 təsirli olduğu elan edilən Pfizer / BioNtech, Moderna, SinoVac və Sputnik V peyvəndləri ilə ABŞ, Çin, Almaniya, İngiltərə, Kanada, İsrail, Bəhreyn və Rusiyada indiyədək 3,5 milyon yarım insanın peyvənd edildiyi təxmin edilir.
Alimlər virusun qarşısını almaq üçün əhalinin ən azı 60-70 faizinin vaksin vurdurmağının vacib olduğunu açıqlayıblar. Beləliklə, dünyada 4,5 milyard insanın peyvəndlənməsinə ehtiyac var.
Bu səbəbdən peyvənd vurdurmaq insanların özlərini və yaxınlarını qorumaq, iqtisadi itkiləri minimuma endirmək və sosial rifahı təmin etmək üçün seçim əvəzinə insani bir vəzifədir.
Koronavirus peyvəndi vurdurmaq üçün 10 səbəb:
1) Vaksinlər təhlükəsizdir - Koronavirusa (Covid-19) qarşı hazırlanan peyvəndlər tarix boyu inkişaf etdirilən digər peyvəndlərdən daha yüksək bir texnologiyaya və biliyə əsaslanır. Bundan əlavə, müxtəlif yaşda və etnik qruplarda olan on minlərlə insana klinik sınaqlar aparılır və nəticələr peyvəndlərin yalnız yüngül yan təsirlərinə malik olduğunu göstərir. Mütəxəssislər, Pfizer / BioNtech, Moderna və Sinovac peyvəndinin, effektivlik nisbətlərini yüzdə 90-95 arasında bildirdiyini, əvvəllər müxtəlif xəstəliklər üçün hazırlanmış peyvəndlərdən qat-qat yüksək olduğunu bildirirlər. Bu o deməkdir ki, peyvəndlənən 10 nəfərdən ən az 9-u xəstələnməyəcək.
2) Vaksini vurdurmaq, yaşamı və ya ölümü seçmək - Covid-19 daxil olmaqla, peyvəndlə qarşısı alınan bütün xəstəliklər risklidir. "0ur World in Data" məlumatlarına görə, 1990-2017-ci illər arasında peyvəndlə qarşısı alınan xəstəliklərdən təxminən 1,5 nəfər ölüb. Bu xəstəliklərə vərəm, qızılca, hepatit B, hemofil qrip B tipi, tetanus, meningokok meningiti, sarı qızdırma və difteriya daxildir.
3) Sevdiklərimizi qorunmaq - 1-2 həftə Covid-19 daşıyıcısı olan şəxs, valideynləri, övladları, iş yoldaşları və yaxın dostları üçün təhlükəli ola bilər. Peyvənd olunduqda özünüzü və ailənizi qoruyursunuz. Covid-19 hal-hazırda peyvəndin qarşısı alına bilən bir xəstəlikdir və gecikmədən peyvəndlənmək, yaxınlarınızı qorumaq üçün çox güclü bir səbəbdir
4) Uşaqların gələcəyi üçün - Yeni tip koronavirus pandemiyası səbəbindən bütün dünyada uşaqların təhsili pozulub və şagirdlər arasındakı fürsət bərabərsizlikləri tüğyan prosesi davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş, təxminən 1 milyard şagirdin koronavirus səbəbiylə məktəbə gedə bilməyəcəyini və bunun "müasir tarixdə təhsilə ən böyük zərbə" olduğunu söyləyib.
5) Həm fərdlər, həm də cəmiyyət üçün vaksinal xəstəliklər - Pandemiya səbəbindən xüsusilə turizm, qida və içki, hava yolu və səyahət sektorlarında böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan işini itirdi. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən yayımlanan hesabatda, dünya miqyasında 8,5 trilyon dollar civarında istehsal edilən yeni koronavirus pandemiyası səbəbindən əvvəlki dörd ildə əldə olunan qazancların 2020 və 2021-ci illərdə aradan qaldırılacağı qeyd edilib. Dünyadakı iqtisadi canlanmanın təmin edilməsinin yeganə yolu dünyada Covid-19-a qarşı hazırlanmış peyvəndlərlə sağlamlığı təmin etməkdir.
6) İnsanlıq tarixində ən əhəmiyyətli vaksin- Min illərdir ki, insanlıq epidemiyalardan əziyyət çəkir və çox ciddi itkilər verir. Peyvəndlərin tətbiqi ilə rifah səviyyəsi yüksəldərək, elmdə mühüm bir irəliləyiş əldə etdi. Peyvəndin hələ mövcud olmadığı dövrdə, 1346-1352-ci illərdə Avropa əhalisinin dörddə biri vəba epidemiyasından ölüb. 1618-ci ildə 20 milyon olan Meksikadakı İnka əhalisi, çiçək xəstəliyi səbəbiylə 1,6 milyona düşüb. Havayda, 1779-cu ildə tifo səbəbindən əhali 500 mindən 84 minə...
1918-1920-ci illər arasında baş verən qlobal İspan epidemiyası, iki il ərzində 2 milyarddan az dünya əhalisinin üçdə birini xəstələndirdi və 20 ilə 50 milyon arasında insan öldü. Ən aşağı təxminlər doğru olsa da, İspan qripi, eyni dövrdə Birinci Dünya Müharibəsindən daha çox insan həyatını itirmişdi.
Koronavirus pandemiyası səbəbiylə bu günə qədər 80 milyondan çox insan yoluxub. Xəstə və ölüm sayı hər dəqiqə davam edərkən, pandemiyanı dayandırmanın ən təsirli yolu kütləvi peyvəndlənmədir.
7) Peyvənd nəticəsində uzun müddət virusdan qorunursuz - Hazırda yeni tip korona virusuna qarşı hazırlanmış peyvəndlərin ən pis halda Covid-19-a qarşı 6-12 ay qorunması təmin edəcəyi proqnozlaşdırılır. Bu qoruma dövrü dünyada milyonlarla ölümün qarşısını almaq, səhiyyə xidmətlərini rahatlatmaq və xəstəlik üçün xərclənən iqtisadi qaynağı qorumaq üçün kifayət qədər vaxtdır.
8) Gənc və sağlam insanlar virus səbəbindən ağır xəstələnə və həyatını itirə bilir - İnfeksiya xroniki xəstə gənclər və sağlam insanlar üçün daha çox risk yaradır, yeniyetmələr yüngül simptomlarla qarşılaşsalar da və ya simptomsuz olsalar da, ətrafdakı insanlara koronavirusu yayaraq həssas insanlar üçün böyük bir təhlükə yaradırlar. Bununla birlikdə, xəstəliyin simptomlarının ən az 6 həftə davam etdiyi uzun Covid olaraq bilinən vəziyyət gəncləri daha çox təsir edir.
9) Nə qədər peyvəndlənmə çox olsa, bir o qədər tez uğur qazanmaq olar - Alimlər cəmiyyətdə nə qədər çox insanın peyvəndləndiyini əvvəllər də bir çox araşdırmanın aparılması ilə epidemiyanın eyni sürətlə bitə biləcəyini göstərir. Tədqiqatçılar, xəstəliyə qarşı əhalinin 60-70 faizinin peyvəndlənməli olduğunu bildirirlər.
10) Düzgün həyat tərzi - Sağlam qidalar yemək, idman etmək və gündəlik sağlamlıq müayinələrindən keçmək kimi, peyvəndlər də insanların sağlam olmasında mühüm rol oynayır. Peyvəndlər mövcud əlverişli və təhlükəsiz qoruyucu baxım tədbirlərindən biridir. Alimlər hazırda yeni bir korona virusunun ikinci bir infeksiyaya qarşı hansı səviyyədə qorunma təmin etdiyini bilmirlər, amma peyvəndlərin bu virusa yoluxan hər 9 nəfərdən 10-u qoruduğu açıqdır.
// Unikal.org