Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Araz İmanov işdən çıxarıldı

Araz İmanov işdən çıxarıldı

Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

A.İmanov “Qafqazinfo”ya açıqlamasında işdən çıxarılması ilə bağlı məlumatın doğru olduğunu bildirib.

O işdən hansı səbəbdən ayrılması ilə bağlı şərh vermək səlahiyyətinin olmadığını vurğulayıb.

Xatırladaq ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur.

44 günlük II Qarabağ Müharibəsi dönəmində Araz İmanov sosial şəbəkələrdə ingilis dilindəki paylaşımları ilə aktivlik nümayiş etdirib.

Antiterror əməliyyatından sonra onun “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması böyük marağa səbəb olmuşdu. Sonradan mediada A.İmnaovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc edilmişdi.

Qeyd edək ki, faktla bağlı ilk məlumatı Bakupost.az yayıb.