Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İntim videosu yayılan Şəmsi Səmədzadənin qardaşı danışdı

İntim videosu yayılan Şəmsi Səmədzadənin qardaşı danışdı

Sosial şəbəkələrdə intim videosu ilə gündəm olan ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadənin qardaşı Niyazi Səmədzadə məsələ ilə bağlı açıqlama verib.

 

N.Səmədzadə Pravda.az-a müsahibəsində qardaşının görüntülərinə belə aydınlıq gətirib: “Vallah, mən nə deyə bilərəm. Hər bir insanın öz fikri, öz ağzı var. Hər kəs ağzına yiyəlik etsə, daha məsləhətli olar. Həqiqətən də, video montajdır. Hüquq-mühafizə orqanları da artıq bu haqda məlumatlıdırlar. Kim edib, niyə edib, hansı səbəbə edibsə, öz cəzasını alacaq”. 

 

N.Səmədzadə görüntülərin kim tərəfindən yayılması, məsələnin bir müddət əvvəl Şəmsi Səmədzadənin öz xanımı barədə etdiyi videomüraciətlə əlaqələndirilməsi haqda suallara isə belə cavab verib: “Bəli, bizə bəllidir ki, bunu kim edib. Elə bir zamanda yaşayırıq ki, hərə əlinə bir telefon alıb, şəbəkələrdə istədiyi formada, istədiyi şəkildə nəsə paylaşır. Nə deyə bilərik?” 

 

O, Şəmsi Səmədzadənin mətbuata açıqlama verib-verməyəcəyinə də münasibət bildirib: “Buna nə ehtiyac var ki? Ehtiyac yoxdur, belə bir şeyə ehtiyac duyulmur. Ona görə də heç nə demir. Hər deyilən sözün arxasınca qaçmaqdan ötrü, gərək, onda boş-boş vaxtımızı itirək...” 

 

Xatırlatma: 1966-cı ildə anadan olmuş Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi. O, mayın 27-də azadlığa buraxılıb. Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub.