14 il əvvəl ordu sıralarında gizir olaraq xidmətə başlayan Emin Baxşəliyev Vətən müharibəsi zamanı döyüşərkən ayağından yaralanıb.
SHOWNEWS.AZ xəbər verir ki, "Xəzər TV" komandası Yevlax rayonunda yaşayan Baxşəliyevlər ailəsinə qonaq olub və qazimizin məşəqqətli döyüş yolunu işıqlandırıb.
Emin beş gün yaralı vəziyyətdə döyüşüb, hərbçi yoldaşlarını döyüş meydanından çıxarıb. Geri qayıdarkən isə düşmən tərəfə əsir düşüb.
70 gün əsirlikdə çəkdiyi iztirablı günlər onun gözlərinin dərinliyində həkk olunsa da, o by haqda heç danışmır.
Deyir, Vətəninə qovuşacağı günə inamını bir an belə itirməyib.