Sentyabrın 19-20-də Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan leytenant Mikayıl Həmidlinin oğlu dünyaya gəlib.
“Qafqazinfo” xəbər verir ki, körpəyə Davud adı verilib.
Davudun zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Belə ki, bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Bundan başqa dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.