Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Zəfər paradı Xankəndidə olacaq - HAZIRLIQ GEDİR!

Zəfər paradı Xankəndidə olacaq - HAZIRLIQ GEDİR!

Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini - Zəfər Gününü qeyd edəcək.

Musavat.com xəbər verir ki, Zəfər Günü bu dəfə Xankəndi şəhərində keçiriləcək.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir.