Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Oğlu qəza nəticəsində tamamilə kor, kar və lal olan valideynin KÖMƏYİMİZƏ EHTİYACI VAR FOTOLAR

Oğlu qəza nəticəsində tamamilə kor, kar və lal olan valideynin KÖMƏYİMİZƏ EHTİYACI VAR FOTOLAR

Xeyrulla Əliyevin cəmi 11 yaşı var, amma onun öhdəsinə artıq bir sınaq düşüb. İyunun 20-də uşağı maşın vurub, o, iki ay komada qalıb.

“Qəzanın nəticələri fəlakətli olub. O, təkbaşına yemək yeyə bilmir, zond vasitəsi ilə qidalanır, boğazındakı boru vasitəsi ilə nəfəs alır. Xeyrullanın başında hematoma yaranıb. O, hər iki budundan əməliyyat olunub, lakin yaraları hələ də sağalmır. Həmçinin onda çənə və bazu sınığı, qabırğalarda çat və beyində zədələnmə var. Bundan əlavə, oğlumuz tamamilə kor, kar və lal oldu”,- deyə uşağın dərd içində yanan anası Tünzalə Əliyeva Media.Az-a deyib.

Onun sözlərinə görə, indi Xeyrulla uzun müddət müalicə kursu keçdiyi Şirvan şəhər mərkəzi xəstəxanasındadır. O, iki aya yaxın komada olub, amma indi həkimlərin dediyi kimi şok vəziyyətindədir.

Daha ətraflı

“Uşağımızın vəziyyəti ağırdır, daim qayğıya ehtiyacı var. Onu müalicə üçün Bakıya aparmaqda bizə kömək edilməsini istərdik. Həkimlər onu Türkiyədə müalicə etməyi də tövsiyə edirlər. Bunun üçün çox böyük bir məbləğ - 40-45 min ABŞ dolları tələb olunur, amma buna imkanımız yoxdur”, - T.Əliyeva bildirib.

Əliyevlər ailəsi bu hadisəyə laqeyd qalmayan insanlara müraciət edir. Gəlin, heç olmasa, onların maddi yükünü azaldaq!

Kömək etmək istəyənlər Xeyrullanın anası Tünzalə xanımla 050 894 03 27 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bank məlumatları:

Kapital Bank ASC-nin Şirvan şəhər filialı

CIF: 1672439

KOD: 200413

VÖEN: 9900003611

SWIFT: AIIBAZ2X

HESABLAŞMA HESABI: AZ18AIIB45810019444100006141

TƏYİNATDA (MÜTLƏQ) GÖSTƏRİLMƏLİ

A.S.A. Tünzalə Əliyeva Məhəmməd qızı

Kart hesabı: 38810944007445056141

Pulu karta da qoya bilərsiniz: 4169 7413 6392 6252 Kapital Bank.