Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakı-Sumqayıt qatarı bayram günlərində bu qrafiklə işləyəcək - RƏSMİ

Bakı-Sumqayıt qatarı bayram günlərində bu qrafiklə işləyəcək - RƏSMİ

Bayram günlərində Bakı-Sumqayıt elektrik qatarları hərəkət cədvəli açıqlanıb.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

31 dekabr, 1 yanvar və 4 yanvar qeyri-iş günləri olduğuna görə həmin günlər yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar

Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar

Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar

Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar

Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar

Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 2 və 3 yanvar (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.