Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Həmin müharibə iştirakçılarına da növbədənkənar evlər verilsin”

“Həmin müharibə iştirakçılarına da növbədənkənar evlər verilsin”

Azərbaycanda hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanların növbədənkənar birotaqlı mənzillə təmin olunması təklif edilib​.

Bu təkliflə deputat İlham Məmmədov Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edib. 

“Bu gün hər iki valideynini itirmiş, qalmağa heç biri yeri olmayan müharibə iştirakçılarına da növbədənkənar evlər verilə bilər. Onların sayı da çox azdır, hətta deyərdim ki, üç-beşdir. Belə şəxslərə evlər verilə bilər. Bu yaxınlarda rayonda Rüfət Mehdiyev adlı şəxs belələrindən idi. Onun nə valideynləri, nə bacı-qardaşı vardı. Eyni zamanda himayəsində yaşadığı valideynlər də həyatını itirib. Hesab edirəm ki, belə şəxslər çox azdır”, - o qeyd edib.