Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda ana körpəsini taksidə qoyub qaçdı

Bakıda ana körpəsini taksidə qoyub qaçdı

Bakıda anası tərəfindən atılmış uşaq sığınacağa yerləşdirilib.

Ötən gecə paytaxt ərazisində naməlum qadın övladını taksidə qoyaraq uzaqlaşıb. O, sürücüyə su alıb qayıdacağam deyərək geri dönməyib.

Taksi sürücüsü hadisə ilə bağlı polisə müraciət edib. Polisin müşayiəti ilə azyaşlı “Qadın və Uşaq Sığınacağı”na yerləşdirilib.

Sığınacaqdan bildirilib ki, uşaq qidalanıb və orada ona yer ayrılıb, səhhətində hər hansı problem yoxdur.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.