“Azərbaycanda mobil telefondan istifadə edən qadınların sayı 70,8 faizdir”.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Bahar Muradova illik hesabatı təqdim edərkən deyib.
O qeyd edib ki, bu göstərici kişilərdə 77,3 faizdir: “Ölkə üzrə internetdən istifadə edənlərin ümumi göstəricisi 79.8 %-dir. Bu sahədə gender bölgüsünə gəldikdə isə qadınlar 76 %, kişilər isə 83,7 % təşkil edib”.