İki gün sonra Yeni il gəlir. Bundan əvvəlki illərdə Yeni ilin gəlişinə azı 10 gün qalmış Bakıda bayram ab-havası yaşanırdısa, bu dəfə tamam fərqli mənzərə var.
Sözsüz ki, buna koronavirus səbəbilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi də öz təsirini göstərib.
"Qafqazinfo"nun fotoqrafı Pərvin Zeynal Bakının mərkəzi küçələrində olub, Yeni il öncəsi mövcud mənzərəni lentə alıb.
Qeyd edək ki, Yeni il gecəsi Dənizkənarı Milli Park açıq olacaq. Bulvar ərazisində 5 nəfərdən artıq olmamaq şərti ilə gəzmək mümkün olacaq. Atəşfəşanlığın olub-olmayacağı ilə bağlı isə hələlik rəsmi açıqlama yoxdur.