“Öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Onların sayəsində əsirlikdən Vətənə geri döndüm, torpağımıza ayağımı basdım”.
SHOWNEWS.AZ report-a istinadən xəbər verir ki, bunu Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimov deyib.
O, əsirlikdə olduğu müddəti xatırlamaq istəmədiyini bildirib:
“Əzab-əziyyət idi. Allahın bir imtahanı idi bəlkə də. Bakıda əziyyətimi çəkən həkimlərə təşəkkür edirəm. Qarşıdan gələn bayramlar münasibəti ilə bütün hərbçiləri təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, şəhid analarının əlindən öpürəm”.
Qeyd edək ki, Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimov bu gün evə buraxılıb.