Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.
SHOWNEWS.AZ xəbər verir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.
Belə ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.
Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.