Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dilqəm Əsgərov və Şahbaz Quliyev ümummilli liderin məzarını ziyarət etdi FOTOLAR

Dilqəm Əsgərov və Şahbaz Quliyev ümummilli liderin məzarını ziyarət etdi FOTOLAR

İyirmi gün əvvəl erməni girovluğundan azad olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyev I Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. 

SHOWNEWS.AZ xəbər verir ki, 6 il düşmən girovluğunda qalmış D.Əsgərov və Ş.Quliyev dahi şəxsiyyətin ruhuna hörmət əlaməti olaraq heykəlinin önündə baş əyib. Məzarı önünə gül dəstələri düzüb.

Bununla yanaşı, onlar oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıb, məzarı üzərinə güllər düzüb.

Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Şaplar kəndindən olan Dilqəm Əsgərov 2014-cü ilin iyulunda valideynlərinin məzarlarını ziyarət etmək istəyərkən o zaman işğal altında olan doğulduğu torpaqda erməni hərbçilər tərəfindən girov götürülmüşdü.

//Publika.az