Ötən il 19-20 sentyabrda Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Şikar Hüseynovun övladı dünyaya gəlib.
Goranboy rayonunda doğulan körpəyə Mələk adı verilib.
Şəhid övladının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək.
Qeyd edək ki, Hüseynov Şikar Hüseyn oğlu 1995-ci il oktyabrın 15-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Ş. Hüseynov Çeşməli kənd qəbiristanlığında dəfn edilib.
Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.