Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Videoları müzakirə olunan gənc xəstəxanaya yerləşdirildi - DİN

Videoları müzakirə olunan gənc xəstəxanaya yerləşdirildi - DİN

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri müzakirələrə səbəb olub.

OLAY yazır ki, sonuncu dəfə paytaxtın mərkəzində yaşlı qadını qucağına alaraq onu narahat etməsi ilə gündəmə gələn yeniyetmə Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.

Paytaxtın Səbail rayon sakini olan Əli-Afiyəddin Nihad oğlu Cəlilov sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınır. Babasının adını daşıyan yeniyetmənin atası Nihad Cəlilov isə Bakıda tanınmış biznes adamlarından sayılır. “Armada Distrubition” şirkətinin rəhbəri olan Nihad Cəlilov Bakı bulvarı ərazisində iaşə obyektinə də sahibdir.

“Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin özəl məktəblərdən birinin 9-cu sinif şagirdidir. 

Qeyd edək ki, Afiyəddin Cəlilov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb.

***

DİN-dən bildirilib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb. 

Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.