Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn yeniyetmə Afiyəddin Cəlilovun atası Nihat Cəlilov oğlunun davranışılarına görə ictimaiyyətdən üzr istəyib.
O, bu barədə Baku TV-yə danışıb:
“Son zamanlarda olan bu hadisələr təbii ki, ailəmizi çox sarsıtdı. Oğlumun etdiyi hərəkətlər kiməsə mənəvi zərəri olubsa, hamıdan üzr istəyirəm. Bu hələ yeniyetmədir. Afiyyədin Bakıda tibb müəssisələrinin birində müalicəsini davam etdirir. Hər kəsə anlayışına görə təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir. O, metroda, avtobusda qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb. Son olaraq qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib. Yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.