Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Qənirə Masazırdakı evində huşunu itirmişdi”

“Qənirə Masazırdakı evində huşunu itirmişdi”

“Qənirə xanımın ölümünün müəmmalı olması ilə bağlı söylənilən fikirlərin hamısı əfsanədir. Qənirə xanım 3 yığıncaqdan sonra Masazırda yaşadığı evə gedib. Yeməyən, içməyən adam... Orada huşunu itirib. Evi qəsəbənin çox ucqar yerindəydi, gölün yanında. Təcili Tibbi Yardım çox gec gəlib”.

Bunu Modern.az-a müsahibəsində mərhum millət vəkili Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.

“Vaxtında iş görülmədiyi üçün belə oldu. Bundan başqa söylənilənlər əfsanədir. O boyda şəxsiyyət, xalq üçün çalışan insan üçün bunları demək ədalətsizlikdir”, - deyə Q. Paşayev bildirib.

O, Q. Paşayevanın qəbirüstü abidəsindən də danışıb: “Abidənin necə olması ailəsinin xahişi ilə olub. Sinə daşına vurulan foto da ailəsinin xahişi ilədir. Proyekti də qardaşları xahiş edib, onun üzərində işləyiblər. Ona görə də sinə daşı gecikdi də. Bu cür söz deyənlər niyə belə edir, anlamıram. İnsafları yoxdur. Bəzən insafsızlıq edirlər. Dünyasını dəyişmiş adamın ruhunu incitmək olmaz.

Mən istərdim ki, sinə daşında “professor və millət vəkili” sözləri yazılsın. Qənirə xanımın böyük qardaşı Hüseynlə bu məsələni danışdım, sinə daşını niyə sadə hazırlandığını soruşdum. Dedi ki, “onsuz da hamı Qənirə xanımın kim olduğunu tanıyır, bilir. Bunların hamısı özümüzün işidir, belə istəmişik”. Görün indi nələr yazır, nələr danışırlar”.

Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva 5 gün sonra xəstəxanada vəfat etmişdi.