Dünyanın Yaponiyada yaşayan ən yaşlı sakini Kane Tanakanın yanvarın 2-də 118 yaşı tamam olub.
SHOWNEWS.AZ “report”a istinadən xəbər verir ki, məlumatı yerli NHK telekanalı yayıb.
Bildirilib ki, Kane xanım Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. 2018-ci ildə ona Yerin ən yaşlı sakini fəxri adı verilib.
Məlumata görə, onun 2021-ci ilin mayında Tokioda keçiriləcək Olimpiya oyunlarının məşəlinin estafetinə qatılması planlaşdırılıb. Mayın 11-də isə arabada 200 metrlik məsafəyə qaçışda iştirak edəcək.
Tanakanın 2020-ci ildə pandemiyaya görə təxirə salınan estafetdə də iştirakı planlaşdırılmışdı.
Qeyd edək ki, koronavirusa görə 2020-ci ildə təxirə salınan Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23- avqustun 8-də Tokioda keçiriləcək.