"Qanun-qayda düşünürəm ki, hər kəs üçün eyni olmalıdır. Artıq bu neçənci hadisədir ki, uşaq və gənc vaxtı etdikləri cəzasız qaldığı üçün sonralar törətdikləri hadisələr fəlakətə səbəb olub. Bu videodakılar da azyaşlıdır, deyəcəksiniz ki, nə tədbir, nə cəza? Amma sovet vaxtı çətin tərbiyə olunan azyaşlılar üçün uşaq kalonu var idi".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında yazıb. Tolik ötən gün məktəblilərin qeyri-etik hərəkətlərinin əks olunduğu videodan bəhs edib:
"Tərbiyə, mərhəmət, qarşındakına hörmət ailədən gəlir. Təəssüf ki, bu hərəkəti edən məktəblilərin valideynlərində qeyd etdiklərimin heç biri yoxdur. Belə valideynlərin "övladım, qızım" var deyib çölə çıxması belə utancvericidir. Təkcə bu qızlar yox, onların valideynləri də üzr istəməli, qanunla nəzərdə tutulan cəza almalıdırlar. Cəmiyyətə adaptasiya ola bilməyən insanların ucbatından digər balalarımızı, övladlarımızı da itirməyək".