Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Kamilin azadlığa buraxılması Azərbaycan dövlətinin gücünü bir daha ortaya qoydu"

"Kamilin azadlığa buraxılması Azərbaycan dövlətinin gücünü bir daha ortaya qoydu"

Tanınmış idmançı Kamil Zeynallının Rusiyada həbsdən azad edilməsi Azərbaycan dövlətinin gücünü bir daha göstərdi və Prezident İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi "mən hər bir azərbaycanlının Prezidenti olacam” kəlamının təsdiqi oldu.

 

Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli deyib.

O bildirib ki, Kamilin azadlığa buraxılması Azərbaycan dövlətinin gücü sayəsində baş tutub: "Burada diqqətçəkən məqam odur ki, Kamil haqda cinayət işi 2020-ci ilin sentyabrın 29-da Vətən Müharibəsi başayandan 2 gün sonra açılıb. Bu həmin tarixdir ki, Ermənistan dövləti və cəmiyyəti hələ şirin xülyalalar içində yaşayırdı, müharibədə Azərbaycanın qələbəsinə inanmırdı. Ancaq 44 günlük müharibədə düşmənə elə bir zərbə vurduq ki, onlar hələ uzun illər özünə gəlğ bilməyəcək. Buna əyani sübut kimi dünən Ermənistan cəmiyyətinin reaksiyasını göstərə bilərəm. Onlar Kamilin həbsdə qalacağını inanmadıqlarını yazırdılar, bildirirdilər ki, Azərbaycan dövləti vətəndaşını sahibsiz qoymayacaq. Bu həqiqətdir, hətya düşmən də bilir ki, Azərbaycan dövləti hər zaman vətəndaşına sahib çıxır və hər zaman da çıxacaq.

 

O bildirib ki, qalib dövlətin vətəndaşı olmaq qürurvericidir: "Qalib dövlətin vətəndaşı olmaq fəxrdir, biz dünyada müzəffər xalq kimi tanınırıq, Azərbaycan vətəndaşı dünyanın hər yerində qürurla, fəxarətlə yaşayır. Çünki əmindir ki, ona hər zaman dəstək olacaq bir dövləti və o dövlətin Müzəffər Ali Baş Komandanı var”.