Onlayn formatda blits şahmat üzrə "Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşlərini keçirib.
SHOWNEWS.AZ xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. İlk üç qarşılaşma heç-heçə ilə bitib. Sonuncu, dördüncü görüşdə qələbə qazanan T. Rəcəbov 2,5-1,5 hesabı ilə ilk final gününün qalibi olub. Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.
Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.