Xəbər verdiyimiz kimi, paytaxt yollarında sürücülərin hərəkətinə mane olan bir qrup şəxs peyda olub.
Publika.az xəbər verir ki, həmin şəxslərin kimliyi məlum olub.
Məlumata görə, ruhi əsəb dispanserində qeydiyyatda olan 1962-ci il təvəllüdlü qadın paytaxtın Səbail rayonunda polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq qeydiyyatda olduğu dispanserə yerləşdirilməsi təmin olunub.
Qeyd edək ki, həmin şəxslərin görüntüsü sosial şəbəkələrdə yayılıb. Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslərlə qarşılaşdıqlarını bildiriblər. Onlar həm də, sürücülərin hərəkətinə mane olublar.