On bir ayın sultanı Ramazan ayının başlanmasına sayılı günlər qalır.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli məlumat verib.
O bildirib ki, martın 11-dən etibarən Ramazan ayı başlayır. Qədr gecələri 28, 30 mart, 1 və 5 aprelə təsadüf edəcək.
S.Məmmədlinin sözlərinə görə, Ramazan bayramının aprelin 10-11-nə təsadüf edəcəyi gözlənilir.