Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahlara yol açacaq” - Hüquqşünas

“Qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahlara yol açacaq” - Hüquqşünas

“Qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahların, dini kəbinlərin sayının artmasına gətirib çıxaracaq”.

“Report” xəbər verir ki, bu barədə Xəzər Universitetinin müəllimi, hüquqşünas Akif Əlizadə qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, qohum nikahlarını azaltmaq üçün alternativ variantlar tətbiq edilməlidir:

 

“Tibbi müayinədən keçən cütlüklərdə mövcud olan və genetik ötürülə biləcək xəstəliklər haqqında risklər ciddi dəyərləndirilmədir. Əgər tibbi müayinədə gələcək övladların sağlamlığı üçün təhlükəli məqamlar aşkarlanarsa, həmin şəxslərin nikahına qadağa qoyula bilər. Birbaşa qohum evliliklərinə ümumi qadağa qoyulsa, problemlərə, narazılıqlara səbəb ola bilər”.