Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məhkəmə 60 min manat maaşı olan kişiyə 20 min manat aliment kədi - BAKIDA ŞOK

Məhkəmə 60 min manat maaşı olan kişiyə 20 min manat aliment kədi - BAKIDA ŞOK

Azərbaycanda boşanma ilə bağlı keçirilən məhkəmə prosesində fantastik məbləğdə aliment təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü İsrafil Əlili məlumat verib.

Onun sözlərinə görə, birinci instansiya məhkəməsində tərəflərin boşanma ilə bağlı müraciətinə baxılıb.

Belə ki, qadın boşandığı kişidən iki uşaq üçün onun aylıq rəsmi gəlirinin 1/3 hissəsinə qədərinin verilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Reklamınızı SmartBee ilə effektiv edin.

 

Birinci instansiya məhkəməsi iddianı təmin edib və kişinin 60 000 manat aylıq rəsmi gəlirinin 20 000 manatı aliment kimi müəyyən olunub.

Lakin kişi bu qərardan apellyasiya şikayəti verib və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

Apellyasiya Məhkəməsi aliment üçün təyin olunan məbləği, təxminən, 7-8 min manat aşağı salıb.

Apellyasiya Məhkəməsi izah edib ki, ölkəmizdə bir uşağın aylıq xərclərinin 10 000 manat civarında olması reallığı əks etdirmir.