Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi bir neçə əməldən çəkinməlidir, yoxsa orucu batil olar. Bəs, bu əməllər hansılardır?
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən həmin 9 əməli təqdim edir:
1. Yeyib-içmək. İstər az, istərsə çox - hər hansı qidanı qəbul etmək orucu pozar.
2. İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular.
3. Hər cür qatı toz və tüstünü udmaq (narın un tozu, siqaret tüstüsü, su buxarı).
Reklamınızı SmartBee ilə effektiv edin.
4. İnsan qəsdən qusarsa, orucu batil olar. Lakin bu, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində olarsa, istisnadır.
5. Bədənə imalə etdirməklə oruc pozular.
6. Qüsl edilmədən tutulan oruc batil sayılır.
7. İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini bilə-bilə səhv oxusa, yalan hədislər söyləsə, orucu batil olar.
8. İnsan cinsi əlaqəyə girmədən, özündən cinsiyyət mayesini xaric edərsə orucu batil olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq (məsələn, yuxuda) çıxsa, oruc düzgün sayılır.
9. Baş bütövlükdə suya batırılsa, oruc batil olar. Amma insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır.