Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.
Mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutub.
Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.
Dəfn olunacaq şəxslər aşağıdakılardır:
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il;
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il;
3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il;
4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;
5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il;
6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il;
7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.