![Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı](https://img.shownews.az/news/2024/04/photo_14581.jpg)
Sosial şəbəkələrdə canlı yayımda uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
![](https://qafqazinfo.az/uploads/1712042514/72cb8ae0-2f05-47cf-a78f-3991ea0d8ebc.jpg)