Azərbaycanda maraqlı hadisə yaşanıb.
62 yaşlı Rita Səmədova 400 kiloqramdır. O, Azərbaycanın ən kök qadınıdır.
Xəstəliyinin diaqnozunu qoymaq mümkün olmayıb. Hər şey övladlarını itirməyi ilə başlayıb. Hər iki övladının ölümündən sonra 6 il evdən çıxmayıb. İndi çıxmaq istəsə də, bacarmır.
Çünki yerindən qalxa da bilmir. Baxıcısı isə həyat yoldaşıdır. Çarəsiz ailə TƏBİB-ə müraciət edib, amma müsbət cavab ala bilməyib.
Həmin xanımla bağlı İctimai TV onun evindən sujet hazırlayıb.